Azərbaycan Çay Forumu: Ənənə və müasirliyin qovuşduğu tədbir

Azərbaycan Çay Forumu: Ənənə və müasirliyin qovuşduğu tədbir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Çin, #Həkim, #Sağlam qidalanma

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda çay sənayesinə, mədəniyyətinə və sağlam qidalanmaya həsr olunmuş Azərbaycan Çay Forumu keçirilib. Sentyabr ayının 13-də “Hyatt Regency Baku” hotelində baş tutan forum ölkənin aparıcı çay, qəhvə və şokolad istehsal və distribütor şirkətlərindən biri “Chaykoff” və bu şirkətə məxsus “Gutenberg” brendinin təşəbbüsü ilə baş tutub.

Forumun məqsədi çay mədəniyyətinin inkişafına dəstək vermək, yerli və beynəlxalq mütəxəssislər arasında bilik və təcrübə mübadiləsi üçün platforma yaratmaq olub. Tədbirdə çay istehsalçıları, pərakəndə satıcılar, qida sahəsi üzrə ekspertlər, media nümayəndələri və çay həvəskarları daxil olmaqla 100-dən çox iştirakçı bir araya gəliblər.

Spiker Dr. Tutu Zeynalova – tanınmış həkim-diyetoloq və funksional tibb üzrə mütəxəssis – çayın sağlamlığa təsiri, antioksidantlarla zəngin tərkibi və gündəlik qidalanmadakı rolundan danışıb.

Forumun beynəlxalq tərəfdaşı – Çinin aparıcı çay şirkətlərindən “Zhejiang Tea” – Çin çayının istehsal ənənələri və dünya bazarındakı yeni trendlər haqqında təqdimatla çıxış edib.

Tədbirin sonunda iştirakçılar müxtəlif ölkələrdən gətirilmiş çayların dadım sessiyasında iştirak edərək yeni dadları kəşf ediblər. Bu, həm bilik, həm də təcrübə mübadiləsi baxımından Azərbaycan çay sənayesinin inkişafına mühüm töhfə olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv