Saç tökülməsinin çarəsi tapıldı

Saç tökülməsinin çarəsi tapıldı






presstv

"Presstv"az #Araşdırma, #Saç tökülmə, #Saç tökülməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər saç tökülməsinə qarşı dərmanın təsirini artırmağın yeni yolunu tapıblar.

presstvaz xəbər verir ki, Sidney Universitetinin tədqiqatçıları saç tökülməsinə qarşı əsas preparat olan minoksidilin effektini gücləndirən yeni üsul təklif ediblər.

"Advanced Healthcare Materials" jurnalında dərc olunan araşdırmaya görə steviya bitkisindən alınan təbii şirinləşdirici steviosid dərmanın dəriyə nüfuzunu artırır.

Mütəxəssislərin sözlərinə görə, minoksidilin əsas problemi onun zəif həll olunması və dəridən keçmə qabiliyyətinin az olmasıdır. Nəticədə preparatın bir hissəsi saç follikullarına çatmır. Steviosid əlavə edilən xüsusi həll olunan plastır vasitəsilə dərinin dərmanı daha yaxşı mənimsədiyi müşahidə olunub.

Siçanlar üzərində aparılan sınaqlarda bu kombinasiyanın saç follikullarını aktivləşdirdiyi və yeni tüklərin çıxmasını stimullaşdırdığı müəyyən edilib. Alimlər hesab edirlər ki, təbii komponentin istifadəsi terapiyanı həm daha təsirli, həm də uzunmüddətli tətbiq üçün təhlükəsiz edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv