Türkiyəli menecer Ayşe Barımın həbsxanaya aparılmasına həkimlər icazə verməyiblər

Türkiyəli menecer Ayşe Barımın həbsxanaya aparılmasına həkimlər icazə verməyiblər






presstv

"Presstv"az #Audi, #Ayşe Barım, #Haber Global, #Hadisə, #Həkim, #İstanbul, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən barəsində yenidən həbs qərarı verilən menecer Ayşe Barımın evində vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib.

Bu barədə presstvaz “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, “Gezi Parkı” etirazlarının təşkilatçıları arasında olduğu iddiası ilə yanvarın 27-də həbs edilən “İD İletişim” şirkətinin sahibi Ayşe Barım oktyabrın 1-də keçirilən məhkəmə iclasında sərbəst buraxılmış və barəsində ev dustaqlığı qərarı verilmişdi.

Prokurorluq onun azadlığa buraxılma qərarına etiraz etmiş, lakin 26-cı Ağır Cəza Məhkəməsi bu etirazı rədd etmişdi. Lakin İstanbul 27-ci Ağır Cəza Məhkəməsi Ayşe Barımın yenidən həbsinə qərar verib.

Həmin gün evində səhhəti pisləşdiyi üçün xəstəxanaya aparılan Barım qərarı xəstəxana otağında öyrənib. Həkimlər onun səhhətinə görə həbsxanaya göndərilməsinə icazə verməyiblər. Bir həftədən artıqdır müalicəsi davam edən Ayşe Barımın əməliyyat olunmasına qərar verilib. Bildirildiyinə görə, həkimlər onun açıq ürək əməliyyatı keçirməsi qərarına gəliblər və əməliyyat bazar ertəsi gününə planlaşdırılıb.

Hazırda xəstəxana qapısında polislər növbətçilik aparırlar.

Xatırladaq ki, Ayşe Barımın “Gezi Parkı” hadisələrinin əsas təşkilatçılarından biri olduğu müəyyən edilib. O, hadisələr zamanı sosial media vasitəsilə insanları küçələrə çıxmağa təşviq edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv