Çin ABŞ bayrağı altında üzən gəmilərə xüsusi liman rüsumu tətbiq edəcək

Çin ABŞ bayrağı altında üzən gəmilərə xüsusi liman rüsumu tətbiq edəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Dollar, #Gəmi, #Nəqliyyat, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin hökuməti ABŞ bayrağı altında üzən gəmilərə xüsusi liman rüsumu tətbiq edir.

presstvaz xəbər verir ki, bu barədə məlumatı ÇXR Nəqliyyat Nazirliyi yayıb.

Qurumun bəyanatında deyilir ki, bu addım Vaşinqtonun Çin şirkətlərinə məxsus olan, yaxud onlar tərəfindən istehsal edilmiş, habelə onların istifadəsində olan və ya ÇXR bayrağı altında üzən gəmilərə qarşı oxşar tədbirlərinə cavabdır. Bildirilir ki, ABŞ bu hərəkətləri ilə beynəlxalq ticarət prinsiplərini, Çin və ABŞ arasında imzalanmış dəniz daşımaları haqqında sazişin müddəalarını ciddi şəkildə pozur, hər iki ölkənin dəniz ticarətinə ciddi ziyan vurur.

Qeyd edilir ki, qərar oktyabrın 14-dən qüvvəyə minir. Çin liman rüsumlarını həm ABŞ-nin fiziki şəxslərinin mülkiyyətində olan, həm ABŞ vətəndaşlarının birbaşa və ya dolayı yolla 25 faizdən çox səhmə sahib olduğu müəssisə və digər təşkilatların istifadəsində olan, eyni zamanda Birləşmiş Ştatlar bayrağı altında üzən, həm də bu ölkədə inşa edilmiş gəmilərə şamil edilir.

Müvafiq rüsumlar ilkin olaraq bir netto-qeydiyyat tonuna görə 400 yuan (ÇXR Mərkəzi Bankının indiki məzənnəsi ilə 56 dollar) tutulacaq. Lakin 2026-cı il aprelin 17-dən ödəniş 640 yuana (90 dollar), 2027-cı il aprelin 17-dən 880 yuana (123 dollar) və 2028-cı il aprelin 17-dən 1120 yuana (157 dollar) qaldırılacaq.

Həmçinin əgər ABŞ bayrağı altında üzən gəmi Çinin bir neçə limanına daxil olursa, xüsusi rüsum yalnız ilk limanda alınacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv