Yeniyetmələrdə “şıltaqlıq” kimi qəbul edilən davranış, əslində, təhlükə siqnalıdır – Psixiatrdan XƏBƏRDARLIQ

Yeniyetmələrdə “şıltaqlıq” kimi qəbul edilən davranış, əslində, təhlükə siqnalıdır – Psixiatrdan XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Ailə, #Audi, #Depressiya, #Həkim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Psixiatr yeniyetmələrdə depressiyanın ilkin əlamətlərini açıqlayıb.

“Yeniyetmələrdə depressiya çox vaxt “keçid dövrü” və ya “şıltaqlıq” kimi qiymətləndirilir. Amma bu, çox təhlükəli yanılmadır”.

presstvaz-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə tanınmış rusiyalı psixiatr Alina Popoviç bəyan edib.

Onun sözlərinə görə, ilk siqnal adi fəaliyyətlərə marağın itməsidir.

“Dərslər, idman, hobbilər artıq sevinc gətirmir, boşluq hissi yaranır: “istəmirəm”, “bacarmıram”, “mənası yoxdur” deyirlər. Əgər bu vəziyyət uzun müddət davam edirsə, yeniyetmə özünə zərər verirsə, dostlarla və ailə ilə ünsiyyətdən qaçırsa, bu artıq ciddi xəbərdarlıqdır. Depressiya sadəcə kefsizlik deyil – o motivasiyanı və həyat enerjisini tamamilə azaldır”, – deyə həkim xəbərdarlıq edib.

Popoviç bildirir ki, belə hallarda “özünü ələ al” demək faydasızdır.

“Əgər apatiya iki həftədən çox davam edir, “heç kimə lazım deyiləm” kimi düşüncələr yaranırsa, mütləq psixiatrla əlaqə saxlamaq lazımdır”, – deyə ekspert tövsiyə verib.

Mütəxəssis vurğulayır ki, vaxtında müraciət edildikdə, psixoterapiya və dəstək müalicəsi gəncin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv