Kişi yad oğlanla söhbət edən sevgilisini döydü, sonra avtobus qaçırdı – CƏZA

Kişi yad oğlanla söhbət edən sevgilisini döydü, sonra avtobus qaçırdı – CƏZA






presstv

"Presstv"az #Abşeron Rayon Məhkəməsi, #Abşeron rayonu, #Abşeron rayonu Xırdalan şəhəri, #Avto, #avtobus, #Cinayət işi, #Hadisə, #Hakim, #Nəqliyyat, #Xırdalan şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsi ələ keçirməkdə təqsirləndirilən İbrahim Cəbiyevin (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttiham aktına görə, İbrahim Cəbiyev 2024-cü ildə Abşeron rayonu Xırdalan şəhəri ərazisində, Xırdalan dairəsindən dəmir yolu xəttinə gedən yolun üstündə qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Maya Quliyevanı (ad-soyad şərtidir) döyüb.

Belə ki, təqsirləndirilən şəxs zərərçəkən Maya Quliyeva yaxınlıqda yerləşən iş yerindən çıxarkən, onun tanımadığı bir şəxslə söhbət etdiyini görüb. Bu zaman İbrahim qısqanclıq zəminində yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə Quliyevaya qarşı zorakılıq hərəkətləri edib. O, əvvəlcə qadının boğazından tutaraq boğub, daha sonra yumruqla onun sifət və baş nahiyəsinə bir neçə dəfə zərbə endirib. Nəticədə Maya sol almacıq sümüyünün qapalı sınığı, sol alt və üst göz qapaqlarının qançırı ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri alıb.

Bundan əlavə, təqsirləndirilən şəxs Xırdalan şəhərində “at heykəli”nin qarşısındakı dayanacaqda sərnişin qismində əyləşdiyi 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü ilə mübahisə edib. Bu zaman o, talama məqsədi olmadan özgənin əmlakını qanunsuz ələ keçirib.

Belə ki, sürücünün avtobusdan yerə düşməsindən istifadə edən İbrahim nəqliyyat vasitəsinin sükan arxasına əyləşərək, onu qanunsuz olaraq idarə edərək hadisə yerindən uzaqlaşıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv