“Barselona” çempionat oyununu ABŞ-də keçirəcək

“Barselona” çempionat oyununu ABŞ-də keçirəcək






presstv

"Presstv"az #ABŞ, #Audi, #Futbol, #İspaniya, #İspaniya La Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniya La Liqasının prezidenti Xavyer Tebas “Vilyarreal” – “Barselona” qarşılaşmasının ABŞ-də keçiriləcəyini rəsmən təsdiqləyib.

presstvaz-ın verdiyi məlumata görə, o bu barədə özünün sosial şəbəkə hesabında bəyan edib.

Tebasın sözlərinə görə, oyun “Hard Rock” stadionunda baş tutacaq.

“Kiçik bir rəsmi detal istisna olmaqla, hər şey hazırdır. Dekabrın 20-də “Vilyarreal” və “Barselona” arasında rəsmi La Liga oyunu Mayamidə keçiriləcək”.

Qeyd edək ki, La Liqa tarixində ilk dəfə bir liqa oyunu başqa ölkədə oynanılacaq.

Lakin qərar futbol ictimaiyyətində ciddi narazılıq doğurub. Bildirilir ki, nə klublar, nə də futbolçular bu barədə əvvəlcədən məlumatlandırılmayıblar. Hətta komandaların kapitanları qərardan son anda xəbər tutublar. Bir çox futbolçu və klub nümayəndəsi prosesi “şəffaflıqdan uzaq” və “fikri birliyindən məhrum” adlandırıb.

“Barselona”ya 5 milyon avro, “Vilyarreal”a isə heç nə

Ən çox maraq doğuran məqamlardan biri isə gəlir bölgüsüdür.

“Vilyarreal”in baş icraçı direktoru Fernando Royq Neqeroles radioda çıxışı zamanı komandasının Mayamidə oynamaq üçün heç bir ödəniş almayacağını bildirib.

Ancaq “Barselona”nın vəziyyəti fərqlidir. Jurnalist Jordi Martin “Cadena SER” radiosuna açıqlamasında deyib ki, rəqəm hələ rəsmi deyil, lakin “Barselona”nın bu oyundan təxminən 5 milyon avro qazanacağı məlumdur.

“Bu bizim redaksiya tərəfindən təsdiqlənmiş məlumatdır”, – deyə o vurğulayıb.

Marti əlavə edib ki, bu məbləğin ictimaiyyətə açıqlanıb-açıqlanmayacağı da hələ bilinmir.

Qeyd olunur ki, ödənişi matçın kommersiya hüquqlarını idarə edən “Relevent Sports” şirkəti həyata keçirəcək, çünki gəlir, oyunun ticarət hüquqlarından əldə olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv