Mərkəzi Bank sədrinin müavini ödəniş sistemindəki yeniliklərdən DANIŞDI

Mərkəzi Bank sədrinin müavini ödəniş sistemindəki yeniliklərdən DANIŞDI






presstv

"Presstv"az #Audi, #Jurnalistlər, #POS-terminal, #QR-kod

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“QR-standartlaşdırmanın tətbiqi açıq ödəniş sisteminin inkişafına töhfə verəcək”.

presstvaz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Bankın sədrinin müavini Vüsal Xəlilov deyib.

O bildirib ki, QR standartlaşdırmasının tətbiqi ondan irəli gəlir ki, vətəndaşlar üçün daha inklüziv xidmət verilə bilsin:

“Hər bir bankın, hər bir fintex təşkilatının tətbiqi vasitəsilə ödəniş mümkün olsun. Bu da açıq ödəniş sisteminin inkişafına töhfə verəcək”.

O qeyd edib ki, yeni nəsil pos-terminalların artıq çox böyük bir hissəsində QR-ödəniş sistemi tətbiq olunub:

“Sadəcə ödəniş vərdişi olaraq bu cəmiyyət üçün yenidir. Hazırda QR-kod üzərindən ödənişlərin edilməsindən istifadə olunur. Marketlərdə və s. QR-kod vasitəsilə ödəniş var. Bizim gətirdiyimiz yenilik ondan ibarətdir ki, artıq hər bir mobil tətbiq üzərində hər bir QR-kod oxuna bilsin. Həmçinin, QR-kod tətbiqi genişlənsin”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv