Fərid Hacıyev: “Rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaradılıb”

Fərid Hacıyev: “Rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaradılıb”






presstv

"Presstv"az #Azərbaycan, #informasiya texnologiyaları, #Milli Məclis, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dövlət başçısının xüsusi vurğuladığı strateji xətt çərçivəsində etibarlı kibertəhlükəsizlik sistemi formalaşdırılır və milli məlumat infrastrukturunun mühafizəsi istiqamətində addımlar atılır”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin aparat rəhbəri Fərid Hacıyev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tədbirin artıq ikinci dəfə keçirilməsi onu göstərir ki, Azərbaycan innovasiyalar sahəsində sürətlə inkişaf edir və rəqəmsal təhlükəsizlik məsələlərinə ciddi önəm verir:

“Tədbir çərçivəsində iştirakçılar arasında təcrübə mübadiləsi aparılır, yeni texnoloji həllər təqdim olunur və rəqəmsal məkanın qorunması məsələləri müzakirə edilir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdikdən sonra ölkəyə qarşı yeni tipli kibertəhdidlər artıb. Bunun qarşısını almaq məqsədilə Milli Məclis müvafiq qanunvericilik təşəbbüsləri ilə çıxış edib, informasiya təhlükəsizliyi ilə bağlı qanunlara dəyişikliklər edilərək kritik informasiya infrastrukturunun qorunmasına dair anlayışlar və məsuliyyətlər müəyyən olunub”.

“Eyni zamanda, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şəxslər üçün vergi güzəştləri tətbiq edilib, ölkədə innovasiyalara əsaslanan rəqəmsal iqtisadiyyatın inkişafı üçün daha əlverişli mühit yaradılıb. İnformasiya təhlükəsizliyi, innovasiya potensialı və beynəlxalq əməkdaşlıq çərçivəsində atılan addımlar Azərbaycanın rəqəmsal müstəqilliyini möhkəmləndirəcək və ölkənin gələcək inkişafına töhfə verəcək”, – deyə aparat rəhbəri əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv