Vüsal Xəlilov: “QR ödənişlərinin ölkəmizdə standartlaşdırılması ilə bağlı müzakirələr aparılıb”

Vüsal Xəlilov: “QR ödənişlərinin ölkəmizdə standartlaşdırılması ilə bağlı müzakirələr aparılıb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Cari ilin yarısına olan statistikaya görə, kart vasitəsilə aylıq dövriyyə 10 milyard manata çatıb”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov bu gün keçirilən Bakı Fintex Forumu çərçivəsində “Dayanıqlı fintex ekosisteminin qurulması” mövzusunda panel müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, bu, böyük rəqəmdir:

“Bu, ölkənin nağdsız ödənişlərə keçidinin bir nümunəsidir”.

Vüsal Xəlilov vurğulayıb ki, eyni zamanda, ani ödənişlər sisteminin istifadəsində artım var:

“Son bir il ərzində “MilliÖn” ödəniş sistemlərinin 10 faizə yaxın həcmini IPS sistemi üzərinə keçirməyə nail olduq, bu rəqəmin artacağını düşünürük.

Eyni zamanda, hazırda üzərində işlədiyimiz layihələrdən biri QR ödənişlərinin ölkəmizdə standartlaşdırılmasıdır. Bununla bağlı müzakirələr olub və düşünürük ki, bu, sektorun inkişafı üçün önəmli addımlardan olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv