Tofiq Musayev: “Münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 3 990 azərbaycanlının taleyi hələ də naməlumdur”

Tofiq Musayev: “Münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 3 990 azərbaycanlının taleyi hələ də naməlumdur”






presstv

"Presstv"az #Ailə, #Azərbaycan, #Böyük Qayıdış, #İlham Əliyev, #Məcburi köçkün, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“1990-cı illərin əvvəlindən münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 4 000 azərbaycanlının taleyi hələ də naməlumdur”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT Baş Assambleyasının 80-ci sessiyasının Üçüncü Komitəsinin ümumi müzakirəsində çıxışı zamanı bildirib.

Diplomat çıxışında Azərbaycanın insan hüquqlarının təşviqi və qorunması sahəsində milli tədbirləri və BMT-nin insan hüquqları mexanizmləri ilə əməkdaşlığı vurğulayıb. O, üzv ölkələrin nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə hökumətin münaqişədən sonrakı bərpa və yenidənqurma səyləri barədə məlumatlandırıb:

“Son beş il ərzində Azərbaycan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərini həyata keçirib, bütün şəhər, qəsəbə və kəndləri yenidən quraraq yüzminlərlə məcburi köçkünün öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnu təmin edib. Artıq 50 000-dən çox şəxs evlərinə qayıdıb”.

Ölkədə aparılan sosial-iqtisadi inkişaf proqramlarından da danışan səfir bildirib: “”Sosial-iqtisadi inkişaf sahəsində Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Azərbaycan 2030: Sosial-iqtisadi İnkişafın Milli Prioritetləri” adlı siyasət proqramına rəqabətqabiliyyətli iqtisadiyyat, sosial ədalətə əsaslanan dinamik və inklüziv cəmiyyət, rəqabətqabiliyyətli insan kapitalı, Böyük Qayıdış Proqramı, təmiz mühit və “yaşıl inkişaf” ölkəsi daxildir”.

Diplomat bildirib ki, Azərbaycandakı mina təhlükəsinin miqyası və böyüklüyü milli humanitar minatəmizləmə qabiliyyəti və səyləri üçün artırılmış məsuliyyət, güclü həmrəylik və beynəlxalq dəstəyin təmin edilməsini tələb edir:

“Postmünaqişə mina qurbanlarının sayı 409-a çatıb, onlardan 71 nəfər ölüb, 338 nəfər ağır xəsarət alıb, əksəriyyəti mülki şəxslərdir”.

Səfir itkin düşmüş şəxslər və kütləvi məzarlarla bağlı vəziyyətə toxunaraq qeyd edib: “1990-cı illərin əvvəlindən münaqişə ilə əlaqədar itkin düşmüş təxminən 3 990 azərbaycanlının taleyi hələ də naməlumdur. İşğalın və münaqişənin bitməsindən sonra azad edilmiş ərazilərdə 28 kütləvi məzar və digər dəfn yerlərində 187 nəfərin qalıqları tapılıb. Bu məzarlar mülki şəxslərin və beynəlxalq humanitar hüquqla qorunan şəxslərin qəsdən öldürülməsini üzə çıxarır”.

T.Musayev, həmçinin bildirib ki, Azərbaycan münaqişə zamanı törədilmiş çoxsaylı vəhşilikləri milli qanunvericiliyə və beynəlxalq hüquq öhdəliklərinə tam uyğun olaraq araşdırıb və cinayətkarları məsuliyyətə cəlb etmək üçün qəti addımlar atır:

“Ciddi cinayətlərdə ittiham olunan şəxslərə hüquqi yardım göstərilir, ailələri ilə müntəzəm əlaqədə olurlar və həmçinin Ombudsman tərəfindən ziyarət edilirlər. Müvafiq beynəlxalq mexanizmlər onların azadlıqdan qanunsuz məhrum edilməsi iddialarını açıq şəkildə rədd edib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv