Gündə iki saat işləyərək bir ildə 1 milyon dollar qazandı

Gündə iki saat işləyərək bir ildə 1 milyon dollar qazandı






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Məhkum, #Yük maşını

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də yaşayan Dawon Metyus gənclik illərində yaşadığı məhkumluğa görə iş tapa bilmədiyi üçün sahibkarlığa yönəlib. 32 yaşında maliyyə sabitliyinə çatan Metyus hazırda gündə cəmi iki saat işləməklə ildə 1 milyon dollardan çox gəlir əldə edir.

Filadelfiyada doğulan Metyus gəncliyini “çətin başlanğıc” adlandırır. Universitet illərində bir davaya görə “ağır hücum” ittihamı ilə 6 ay həbs cəzası alıb, daha sonra isə sürücülük vəsiqəsi olmadan maşın sürdüyü üçün yenidən cərimələnib.

Cəmiyyətin keçmişinə görə ona şans vermədiyini deyən Metyus yüzlərlə iş müraciətindən rədd cavabı aldıqdan sonra öz biznesini qurmaq qərarına gəlib.

2017-ci ildə uşaqlıq dostu Darnell Hintonla birgə “Wonderful Cleaning” adlı təmizlik şirkəti yaradıb. Əvvəlcə qardaşının evini təmizləyən Metyus daha sonra kommersiya obyektləri ilə müqavilələr bağlayıb. İki il ərzində aylıq qazancı 12 min dollara çatıb.

Təmizlik işindən qazandığı pulla 2020-ci ildə ikinci şirkəti – “R&R Junk Removal” (tullantı toplama xidməti) qurub. Birinci ildə bu işdən 100 min dollar gəlir əldə edib. Ardınca qazancını daşınmaz əmlaka yatıraraq Filadelfiyada 16 daşınmaz mülk alıb və onlardan aylıq təxminən 11 min dollar passiv gəlir qazanmağa başlayıb.

2024-cü ildə Hyustona köçən Metyus 40 min dollarlıq kredit götürərək “Goodies Soul Kitchen” adlı mobil yemək yük maşını açıb. KFC-də az müddət işlədiyinə baxmayaraq, yemək biznesi barədə bilgisi yox idi. İlk günlər çətinliklər yaşasa da, sonda öz aşpazı olaraq işi öyrənib və sistemi təkmilləşdirib.

Menyuda qızardılmış toyuq, quzu əti, balıq və şirin kartof püresi kimi yeməklər təqdim olunur. Restoran axşam 19:00-dan səhər 03:00-a qədər açıq olsa da, Metyus şəxsən gündə yalnız 2 saat işin başında olur.

“Goodies Soul Kitchen” 2024-cü ildə 1 milyon dollardan çox gəlir əldə edib. Metyus 2025-ci ilin sonuna qədər bu göstəricinin daha da artacağını gözləyir.

Matthews-un uğur sirri – keçmişindən utanmaq əvəzinə, fürsətləri özü yaratmaq və sistemli işləməkdir. O, zəncirvi restoranlardan ilham alaraq “uğurun yeməkdə deyil, xidmətdə və keyfiyyətdə” olduğunu vurğulayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv