On şokolada görə 9 il 6 ay həbs cəzası aldı

On şokolada görə 9 il 6 ay həbs cəzası aldı






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Hadisə, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda mağazadan satıcıya hədə-qorxu gəlib, xəsarət yetirməklə şokolad aparan şəxsin məhkəməsi başa çatıb.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əskərovanın sədrliyi ilə keçirilən məhkəmə iclasda təqsirləndirilən Orxan Əliyev barəsində hökm elan edilib. Məhkəmənin hökmü ilə o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsin 11 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, hadisə 2024-cü ilin noyabrında “Al Market” mağazalar şəbəkəsinin Bakının Nizami rayonunda yerləşən filiallarından birində baş verib.

Orxan Əliyev mağazadan altı ədəd tez həllolunan qəhvə və 10 ədəd şokolad götürərək satıcının iradına məhəl qoymadan mağazanı tərk edib. Satıcı onun arxasınca gedərək saxlamağa çalışıb, lakin O.Əliyev əlindəki bıçaqla qadına hədə-qorxu gələrək qoluna xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hadisə barədə polisə məlumat verildikdən sonra Orxan Əliyev saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində soyuq silahdan istifadə etməklə hədə-qorxu yolu ilə tələb etmə maddəsi üzrə ittiham irəli sürülüb.

Onu da qeyd edək ki, Orxan Əliyev əvvəllər də analoji cinayətə görə həbsdə olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv