Kobaxidze Gürcüstanda çevriliş cəhdinə beynəlxalq reaksiyanın olmamasını kəskin tənqid etdi

Kobaxidze Gürcüstanda çevriliş cəhdinə beynəlxalq reaksiyanın olmamasını kəskin tənqid etdi






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Gürcüstan, #Hakim, #İrakli Kobaxidze

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze kəskin açıqlama verərək bildirib ki, son günlər ərzində heç bir beynəlxalq təşkilat və ya dövlət ölkədə xalq tərəfindən seçilmiş hökumətin devrilməsi cəhdini pisləyən bəyanat verməyib.

presstvaz 1tv.ge portalına istinadla xəbər verir ki, hökumət başçısı bu fikirləri brifinqdə səsləndirib.

Onun sözlərinə görə, artıq dörd gündür ki, Gürcüstan prezidentinin iqamətgahına qarşı zorakı hücum həyata keçirilir və bu hücumların açıq şəkildə bəyan edilmiş məqsədi demokratik yolla seçilmiş hakimiyyəti devirmək olub.

“Lakin bu müddət ərzində nə bir təşkilat, nə də hər hansı dövlət – o cümlədən ABŞ, Avropa İttifaqı və onun ayrı-ayrı üzvləri – bu cəhdi pisləyən və ondan uzaqlaşan bəyanat verməyib. Əksinə, Aİ, ATƏT/DİİHB və digər subyektlər tam əks mövqedə çıxış ediblər”, – deyə baş nazir vurğulayıb.

Kobaxidze çıxışının sonunda qeyd edib ki, hakimiyyətin devrilməsi cəhdindən və zorakılıqdan uzaqlaşmamaq, onları pisləməmək çox asanlıqla bu cəhdlərə dolayı, amma aydın şəkildə dəstək kimi başa düşülür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv