Qarabağ Universitetində yeni TƏYİNAT

Qarabağ Universitetində yeni TƏYİNAT






presstv

"Presstv"az #Azərbaycan, #Böyük Britaniy, #Böyük Britaniya, #Magistratura, #Qarabağ Universiteti, #Təhsil, #Universitetlər, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qarabağ Universitetində yeni dekan təyin olunub.

presstvaz xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmri ilə Kamran Telman oğlu Məlikov Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə təyin olunub.

Qarabağ Universitetində yeni TƏYİNAT

Xatırladaq ki, Kamran Məlikov 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Mühasibat uçotu ixtisası üzrə bakalavriat təhsilini fərqlənmə diplomu ilə bitirib. 2012-ci ildə Böyük Britaniyanın Ekseter Universitetində Maliyyə ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2012-2016-cı illərdə Böyük Britaniyanın Esseks Universitetində Mühasibat uçotu və maliyyə ixtisası üzrə doktorantura təhsili alıb.

K.Məlikov Böyük Britaniyada 10 ildən artıq akademik təcrübəyə malikdir. Belə ki, o, 2015-2022-ci illərdə Böyük Britaniyanın Essex Universitetində Mühasibat uçotu və maliyyə üzrə müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2022-ci ildən etibarən isə dünyanın nüfuzlu universitetlərindən sayılan Southampton Universitetində dosent vəzifəsində fəaliyyətini davam etdirib. Mühasibat uçotu və biznes sahəsində beynəlxalq nüfuzlu elmi jurnallarda bir sıra elmi məqalələrin müəllifidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv