“Barselona” iflas vəziyyətindən çıxır

“Barselona” iflas vəziyyətindən çıxır






presstv

"Presstv"az #Astana, #Audi, #Haber Global

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Barselona” ağır iqtisadi böhrandan sonra özünə gəlməyə davam edir. Klub artıq ikinci ildir ki, 2 milyon avro mənfəət elan edərək, iflasın astanasından qayıdıb.

presstvaz bu barədə “Haber Global”a istinadla xəbər verir.

2024/25 mövsümünün əsas göstəriciləri sırasında klubun adi gəlirlərinin 994 milyon avro həddinə çatması, sponsorluq gəlirlərinin “Nike”la bağlanan yeni müqavilə sayəsində 259 milyon avro ilə tarixi rekord qırması, onlayn satışların genişlənməsi sayəsində mağaza gəlirlərinin 55% artaraq 170 milyon avroya yüksəlməsi, klubun ümumi borcunun 90 milyon avro azalaraq 469 milyon avroya enməsi göstərilib. Həmçinin o da vurğulanıb ki, maaş fondunun ümumi gəlirə nisbəti 54% təşkil edib, bu isə UEFA qaydalarına uyğundur.

Gələcək mövsüm üçün hədəflər

Növbəti mövsüm üçün “Barselona” 1 milyard avro gəlir gözləyir. “Spotify Camp Nou”ya qayıdış, sponsorluq gəlirlərində artım və məhsul satışlarından 200 milyon avro gəlir əsas hədəflər sırasındadır. Klub rəhbərliyi, güclü kommersial göstəricilər əsasında, ard-arda üçüncü ili də mənfəətlə bağlamaq niyyətindədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv