"Apple"ın ən güclü cihazları bəlli oldu – Hansı "iPhone" siyahıdadır?

"Apple"ın ən güclü cihazları bəlli oldu – Hansı "iPhone" siyahıdadır?






presstv

"Presstv"az #Apple, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəbər verdiyimiz kimi, "Apple" sentyabr ayında böyük maraqla gözlənilən "iPhone 17" seriyasını təqdim edib. Yeni modellərin satışa çıxmasının ardından açıqlanan "Apple" cihazlarının performans sıralaması texnologiya həvəskarlarının diqqətini çəkib.

presstvaz xəbər verir ki, əvvəllər reytinqində ilk 10 yeri əsasən M seriyalı çiplərlə təchiz edilən iPad modelləri tuturdu. Lakin "iPhone 17" seriyasının bazara çıxması ilə bu vəziyyət dəyişib. Artıq siyahıda Air modeli istisna olmaqla bütün yeni "iPhone 17" versiyaları yer alıb.

Sentyabr ayı nəticələrinə görə, "Apple"ın ən güclü cihazı 2.928.327 bal toplayan 11 düymlük "iPad Pro 2024" olub. İkinci yerdə həmin modelin 13 düymlük versiyası, üçüncü yerdə isə "iPad Air 2025 (13 düym)" qərarlaşıb – bu model 2.386.931 bal toplayıb.

Dördüncü yerdə 2.374.676 bal ilə "iPhone 17 Pro Max", beşinci yerdə isə 2.320.908 balla "iPhone 17 Pro" yer alıb. Standart "iPhone 17" isə 2.106.644 balla ilk onluğun son pilləsində qərar tutub.

Siyahının ümumi mənzərəsi göstərir ki, yeni A19 Pro çipi ilə təchiz edilən "iPhone 17" modelləri performans baxımından əvvəlki nəsilləri geridə qoyub və iPad seriyasına ciddi rəqibə çevrilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv