Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb?

Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb?






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Cənubi Koreya, #Həkim, #Həkim məsləhəti, #Səhiyyə Nazirliyi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vitamin kompleksini qəbul edən vətəndaş xəstəxanalıq olub.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, onun iddiasına görə, həkim məsləhəti ilə vitamin kompleksi almaq üçün paytaxtdakı apteklərdən birinə yaxınlaşıb və iki ədəd vitamin alıb. İlk istifadədən səhhətinin pisləşdiyini görən vətəndaş dərmanın etiketini açıb. Məlum olub ki, etiketin altında bir etiket də var. Bu etiketdə dərmanın istifadə müddətinin bitdiyi qeyd olunub. Digərində isə yeni tarix, yeni gün yazılıb.

Vətəndaş Elvin Əliyev iddia edir ki, həkim məsləhəti ilə aldığı vitamin kompleksinin yararlılıq müddəti bitsə də, qablaşdırmanın üzərindəki tarix dəyişdirlib.

O deyir ki, həmin vitamin kompleksindən istifadə etdikdən sonra səhhəti pisləşib və xəstəxanalıq olub.

Kanalın əməkdaşları iddialara aydınlıq gətirmək üçün sözügedən vitamin kompleksinin satıldığı aptekə yollanıblar.

“Buta” farm şirkəti Cənubi Koreya istehsalı olan “Multivita” dərman vasitəsinin üzərində yer alan “26.07.22” tarix yazılışı ilə bağlı iddialara aydınlıq gətirib. Qeyd olunub ki, Cənubi Koreyada rəsmi tarix formatı “gün – ay – il” deyil, əksinə “il – ay – gün” formatlarında istifadə olunur. Bu halda məhsulun istehsal tarixi “26.07.22”, son istifadə müddəti isə 22 iyul 2026-ci il olaraq qeyd olunub. Bu format beynəlxalq və Koreya sənədlərində təsdiqlənib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirildi ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılması üçün vətəndaşın bu mərkəzə rəsmi qaydada müraciət etməsi zəruridir.

Müraciət daxil olduqdan sonra məsələ qanunvericiliyə uyğun olaraq araşdırılır və zərurət yarandığı halda plandan kənar yoxlama həyata keçirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv