Şəmkirdəki qətllə bağlı yeni TƏFƏRRÜAT: Valideynlərini ayırmaq istəyən övlad bıçaq xəsarəti alıb

Şəmkirdəki qətllə bağlı yeni TƏFƏRRÜAT: Valideynlərini ayırmaq istəyən övlad bıçaq xəsarəti alıb






presstv

"Presstv"az #Audi, #Bıçaq xəsarəti, #Hadisə, #Həkim, #Qətl hadisəsi, #Şəmkir, #Şəmkir Rayon Mərkəzi Xəstəxanası, #Şəmkir rayonu, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən gün Şəmkir rayonunda baş verən qətl hadisəsində valideynlərinin arasına girdiyi üçün xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

presstvaz-ın xəbərinə görə, bununla bağlı Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 6-sı, saat 17:30-da xəsarət alması səbəbi ilə 2009-cu il təvəllüdlü (kişi) şəxs Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

“Ona sağ əlin dördüncü barmağının və budun arxa səthinin kəsilmiş yarası, sol əlin dördüncü və beşinci barmağının proksinol nahiyəsinin didilmiş-cırılmış yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində 1984-cü il təvəllüdlü (qadın) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

Əzizə İsmayılova

11:30

Ötən gün Şəmkir rayonunda baş verən qətl hadisəsində valideynlərinin arasına girən övlad da bıçaq xəsarəti alıb.

presstvaz xəbər verir ki, xəsarət alan 2009-cu il təvəllüdlü A.Hacıyevdir. O, xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hadisə ötən gün rayonun Şiştəpə kəndi ərazisində baş verib. 1984-cü il təvəllüdlü Röyalə Hacıyeva qətlə yetirilib. Onun qətlində həyat yoldaşı, 1971-ci il təvəllüdlü Arif Hacıyev şübhəli bilinir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv