Tramp “TikTok”a qayıtdı

Tramp “TikTok”a qayıtdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Donald Tramp, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ lideri Donald Tramp 2024-cü ilin noyabrında prezident seçkisində qələbə qazandıqdan sonra ilk dəfə “TikTok” sosial şəbəkəsində video paylaşıb.

presstvaz-ın TASS-a istinadən verdiyi məlumata görə, uzun fasilə Çin sosial şəbəkəsinin ABŞ-də ölkə biznesinin nəzarətinə keçməsi ilə bağlı danışıqlarla əlaqədar olub.

“TikTok”dakı bütün gənclərə müraciət edirəm: mən “TikTok”u xilas etdim, buna görə siz indi mənə çox borclusunuz. İndi məni Oval Kabinetdə görürsünüz. Bir gün sizdən biri də məhz bu masanın arxasında oturacaq və eyni dərəcədə yaxşı işləyəcək”, – deyə ABŞ lideri bildirib.

Yeni videonu vitse-prezident Cey Di Vens də paylaşıb.

“Hər kəsə salam, bu mən, Cey Di Vensəm. Bildirmək istəyirəm ki, biz vitse-prezidentin “TikTok” hesabını bərpa edirik. Son bir neçə ay bir az tənbəllik etmişəm, “TikTok”a deyil, daha çox vitse-prezident işinə diqqət yetirmişəm”, – deyə siyasətçi qeyd edib.

Xatırladaq ki, sentyabrın 25-də Tramp Çin sosial şəbəkəsi “TikTok”un ABŞ-də fəaliyyətinin ölkə biznesinin nəzarətinə keçməsinə dair sazişi təsdiqləyən fərman imzalayıb. Fərmanda qeyd olunub ki, yeni strukturda ən böyük pay və nəzarət ABŞ vətəndaşlarına aid olacaq. Çin şirkəti “ByteDance” burada 20%-dən az paya sahib olacaq, qalan hissə isə müəyyən investorlara məxsus olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv