Bu məktəblərin adı DƏYİŞDİRİLDİ

Bu məktəblərin adı DƏYİŞDİRİLDİ






presstv

"Presstv"az #Naxçıvan Muxtar Respublikası, #Ordubad, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasında (MR)bir sıra musiqi təhsili müəssisələrin adları dəyişdirilib.

presstvaz xəbər verir ki, Naxçıvan MR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin mövcud təcrübəyə əsaslanaraq adları dəyişdirilib.

Muxtar respublika mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Naxçıvan MR Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 9 musiqi məktəbinin adı aşağıdakı kimi dəyişdirilib:

1. "Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi"nin adı dəyişdirilərək "Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbi";

2. "Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbi";

3. "Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi"nin adı dəyişdirilərək "Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbi";

4. "Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbi"nin adı dəyişdirilərək "Şərur Şəhər Bəhruz Kəngərli adına İncəsənət Məktəbi";

5. "Ordubad Şəhər Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Ordubad Şəhər İncəsənət Məktəbi";

6. "Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Qıvraq Qəsəbə İncəsənət Məktəbi";

7. "Şahbuz Rayon Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Şahbuz Şəhər İncəsənət Məktəbi";

8. "Babək Rayon Uşaq Musiqi Məktəbi" adı dəyişdirilərək "Babək Şəhər İncəsənət Məktəbi";

9. "Culfa Şəhər Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək Culfa Şəhər İncəsənət Məktəbi" adlandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv