KİV: Parisdə “Siri” ilə bağlı “Apple”a qarşı araşdırma başlanılıb

KİV: Parisdə “Siri” ilə bağlı “Apple”a qarşı araşdırma başlanılıb






presstv

"Presstv"az #ABŞ, #Apple, #Araşdırma, #Audi, #Fransa, #Kibercinayətkarlıq, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransada Paris prokurorluğu, ABŞ korporasiyası “Siri” səs köməkçisinin fəaliyyəti ilə bağlı “Apple”a qarşı araşdırmaya başlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, araşdırma Kibercinayətkarlıqla Mübarizə Şöbəsinə (Ofac) həvalə edilib və “Siri” köməkçisi vasitəsilə “Apple” şirkətinin qeyri-qanuni olaraq istifadəçilərin minlərlə söhbətinin yazılması ehtimalı ilə bağlıdır. Məlumata görə, araşdırma “Apple”ın keçmiş podratçısının işçisinin ifadələri əsasında tərtib edilmiş şikayətdən sonra başlanılıb.

“Apple” heç vaxt “Siri”nin məlumatlarını marketinq profilləşdirməsi üçün istifadə etməyib, onları reklam xidmətlərinə ötürməyib və üçüncü tərəflərə satmayıb”, – deyə “Apple”ın Fransadakı nümayəndəsi bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv