Layiqli əmək səfirləri ilə görüş keçirilib

Layiqli əmək səfirləri ilə görüş keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) layiqli əmək səfirləri ilə görüş keçirilib.

Qeyd edək ki, AHİK ölkəmizin tanınmış və nüfuzlu simalarının təmsil olunduğu “Layiqli əmək səfirləri” layihəsini həyata keçirir. Layihənin məqsədi əmək hüquqlarının təbliği, bu sahədə maarifləndirmənin gücləndirilməsi və layiqli əməyin təşviqidir.

Görüşdə dövlətimizin uğurlu sosial siyasətindən, əmək münasibətlərinin rəqəmsallaşdırılmasından, sosial təminat sisteminin genişləndirilməsindən, eləcə də ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinə yaradılmış əlverişli şəraitdən bəhs edilib.

Həmçinin həmkarlar ittifaqları sistemində aparılan islahatlar və tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, üzvlərin sağlamlığının qorunması, müalicə və istirahətin səmərəli təşkili istiqamətində görülən işlər barədə məlumat verilib.

Vurğulanıb ki, AHİK-in səfirləri əmək hüquqlarının təbliğində təşkilata yaxından dəstək göstərirlər. Belə ki, sosial məsuliyyətin gücləndirilməsində və sağlam əmək münasibətlərinin formalaşmasında layihənin rolu önəmlidir.

Tədbirdə layiqli əmək səfirləri AHİK tərəfindən görülən işləri, həmkarlar ittifaqları sistemində aparılan islahatları və yenilikləri yüksək dəyərləndirib, konfederasiya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildiriblər.

Görüşdə AHİK-in fəaliyyətindən və “Layiqli əmək səfirləri” layihəsi ilə bağlı hazırlanmış videoçarxlar nümayiş etdirilib.

Layiqli əmək səfirləri ilə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv