Paşinyanın həyat yoldaşı Anna Akopyan: “Ərdoğanın kitabını oxuyub bitirdim”

Paşinyanın həyat yoldaşı Anna Akopyan: “Ərdoğanın kitabını oxuyub bitirdim”






presstv

"Presstv"az #Audi, #Ermənistan, #Kitab, #Nikol Paşinyan, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kitabını oxuyub yekunlaşdırdığını bildirib.

presstvaz xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Akopyan söhbətin “A fairer world is possible” (“Daha ədalətli dünya mümkündür”) əsərindən getdiyini vurğulayıb.

“Kitabı elmi ədəbiyyatımla paralel oxuduğum üçün müəyyən vaxt apardı. Əminəm ki, Ermənistanın mütəxəssisləri bu kitabı dərc olunandan dərhal sonra oxuyacaqlar. Amma beynəlxalq münasibətlərdən kənar mövzularla maraqlanan və qonşu ölkənin prezidentinin nə yazdığını bilmək istəyənlərə deyə bilərəm ki, əsər BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin səlahiyyətlərinə yenidən baxılması və təşkilata müasir dövrün çağırışlarına cavab verəcək real alətlərin verilməsinə həsr olunub”, – deyə Akopyan yazıb.

Onun sözlərinə görə, Ərdoğan əsərində “dünya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün nəzarətində qala bilməz” fikrini önə çəkir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv