Polis Akademiyasında Bakı şəhərinin məktəbliləri üçün “Açıq qapı” tədbirlərinə start verilib

Polis Akademiyasında Bakı şəhərinin məktəbliləri üçün “Açıq qapı” tədbirlərinə start verilib






presstv

"Presstv"az #Audi, #Bakı, #DNT, #Orta məktəb, #Təhsil, #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sağlamdüşüncəli və yüksəkintellektli gənclərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

presstvaz xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda yerləşən 183 nömrəli tam orta məktəbin şagirdləri Polis Akademiyasında keçirilmiş “Açıq qapı” tədbirinin qonağı olublar.

Şagirdlər Akademiyada yaradılmış təhsil mühiti, o cümlədən tədris korpusları, kriminalistik təlim şəhərciyi, İnformasiya Təhlükəsizliyi fakültəsinin ən müasir texniki avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyası, təlim mərkəzi, auditoriyalar və yataqxana ilə tanış olublar.

Qonaqlara Polis Akademiyasının tarixi, kursantların maddi, sosial təminatları və Akademiyada təhsilin üstünlükləri barədə geniş məlumatlar verilib, həmçinin rəsmi saytda yerləşdirilmiş “Virtual Akademiya” platformasından istifadə edərək tədris müəssisəsi ilə onlayn tanış olmaq imkanı da onların nəzərlərinə çatdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv