Nazir müavini: “UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır”

Nazir müavini: “UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Peşə təhsili, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır”.

presstvaz “Trend”ə istinadla xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda çıxış edərkən deyib.

O bildirib ki, təhsil cəmiyyətin inkişafında əsas rol oynayır.

“Ölkəmizin sosial sahədə inkişafından biri də insan kapitalının inkişafıdır. Təhsil hər bir dövlətin iqtisadiyyatının formalaşmasına, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Bir sıra sahələrdə islahatlar aparılıb ki, bunlardan biri də təhsil sahəsidir. Bu sahədə bir sıra addımlar atılıb və işlər görülüb, görülməkdə də davam edir. Bu gün təhsildə də yeni çağırışlar formalaşıb. Gənclərdən də bu tələblərə uyğunlaşmaq tələb olunur. Digər ölkələr kimi bizdə də rəqəmsal iqtisadiyyatın qurulmasına çalışılır. Bu yerdə də gənclərin rəqəmsal inkişafına ehtiyac var. Təhsildə bəzi bacarıqların əldə edilməsində süni intellektdən bir alət kimi istifadə olunur”.

Nazir müavininin sözlərinə görə, ölkəmizdə peşə təhsili ilə bağlı statistika 10%-in üzərindədir.

“Bu, digər ölkələrdə müqayisədə aşağıdır. Bu sahədə inkişafa ehtiyac var. Amma son 5 ildə biz peşə təhsilində qəbulu artırmışıq. Ali təhsildə isə əhatəlilik yüksək dərəcədə artırılıb. Artıq ali təhsildə qəbul səviyyəsi 75 min nəfərin üzərindədir. Növbəti illərdə də bu artırılacaq. Eyni zamanda dövlət sifarişli yerlərin sayı artmaqda davam edilir. Ali təhsildə bu, 50% həyata keçirilib. Növbəti illərdə də dövlət sifarişli yerlərin artırılması ilə bağlı işlər davam edəcək”, – deyə o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv