Peşə tanınması imtahanında ən çox imtina alan ölkələr açıqlandı

Peşə tanınması imtahanında ən çox imtina alan ölkələr açıqlandı






presstv

"Presstv"az #Belarus, #Gürcüstan, #Rusiya, #Təhsil, #Türkiyə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrda peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 52 nəfər keçid balını toplayıb.

presstvaz xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Peşə tanınması imtahanında "Hüquqşünaslıq" ixtisası üzrə 71 nəfər iştirak edib, onlardan yalnız 24 nəfəri uğurlu nəticə əldə edib, 47 nəfərin uğursuz nəticəsi qeydə alınıb.

Belə ki, uğursuz nəticə alan şəxslərin 28-i Rusiyadan, 15-i Ukraynadan, ayrı-ayrılıqda bir nəfər olmaqla Belarus, Litva, Gürcüstan və Türkiyədəndir.

Eyni zamanda, "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə peşə tanınması imtahanında 29 nəfər iştirak edib, onlardan yalnız 10 nəfəri uğurlu nəticə əldə edib.

19 nəfərin uğursuz nəticəsi qeydə alınıb. Onlardan 16-sı Ukraynadan, 3-ü Rusiyadandır.

Digər bir mühəndislik sahəsi olan "Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə peşə tanınması imtahanında 13 nəfər iştirak edib, onlardan yalnız 1 nəfəri uğurlu nəticə əldə edib.

12 nəfərin uğursuz nəticəsi qeydə alınıb. Uğursuz nəticə göstərən şəxslər Belarusiyada təhsil alan şəxslərdir.

Qeyd edilib ki, "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə peşə tanınması imtahanında 5 nəfər iştirak edib.

Onlardan 5-i də uğursuz nəticə əldə edib. Onlardan 2 nəfəri Gürcüstan, 2 nəfəri Rusiyadan, 1 nəfəri isə Türkiyədəndir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv