Bakıda ortaaylıq əməkhaqqı ilə ev almaq üçün 18 il işləmək lazımdır – RƏSMİ

Bakıda ortaaylıq əməkhaqqı ilə ev almaq üçün 18 il işləmək lazımdır – RƏSMİ






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Mərkəzi Bankı (AMB), #Bakı, #Ortaaylıq əməkhaqqı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankı (AMB) paytaxtda daşınmaz əmlak bazarı ilə bağlı yeni göstəriciləri açıqlayıb.

presstvaz APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri üzrə təklif olunan orta mənzil qiymətlərinin şəhər üzrə ortaaylıq nominal əməkhaqqına nisbəti olduqca yüksəkdir.

Belə ki, bu nisbət 217 ay və ya 18.1 il təşkil edir. Bu isə o deməkdir ki, Bakıda bir vətəndaş ortaaylıq əməkhaqqını heç bir xərc çəkmədən yığmağa başlasa, mənzil almaq üçün ona 18 ildən çox vaxt lazım olacaq.

Məlumatda, həmçinin kirayə bazarı ilə bağlı vacib rəqəmlər də qeyd olunub.

Cari ilin iyun ayının sonunda Bakı şəhəri üzrə təklif edilən median aylıq kirayə haqqı 883 manat təşkil edib. Bu isə daşınmaz əmlakın kapitalizasiya müddətinin 22.5 il olmasını şərtləndirir.

Xatırladaq ki, 2025-ci ilin yanvar-iyun aylarında paytaxtda muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8.4 faiz artaraq 1 375.4 manat təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv