Türkiyədə çövkənin inkişaf etdirilməsi üçün beş Qarabağ atı seçilib

Türkiyədə çövkənin inkişaf etdirilməsi üçün beş Qarabağ atı seçilib






presstv

"Presstv"az #Ağcabədi, #Audi, #Azərbaycan, #III MDB Oyunları, #Jurnalistlər, #Şəki, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycanda keçirilən III MDB Oyunları ilə əlaqədar səfərdə olan Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe məlumat verib.

O bildirib ki, sözügedən şəhərdə ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub.

Xatırladaq ki, çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırdı. Azərbaycan milli komandası isə inamlı iki qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəni davam etdirir.

Jurnalistlərə açıqlamasında Fatih Keşe bildirib ki, Türkiyə bu qədim oyunun dirçəldilməsinə böyük önəm verir və Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv