Merts  “dron divarı”nın Aİ fondlarından maliyyələşdirilməsi ideyasına qarşı çıxdı

Merts  “dron divarı”nın Aİ fondlarından maliyyələşdirilməsi ideyasına qarşı çıxdı






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avropa, #Avropa Komissiyası, #Fransa, #Kosmos, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya Kansleri Fridrix Merts “dron divarı” layihəsinin Avropa İttifaqı fondlarından maliyyələşdirilməsi ideyasını dəstəkləmir.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Politiko” nəşri öz mənbələrinə istinadla yayıb.

Bildirilir ki, Almaniya kansleri bu fikri Kopenhagendə “Avropa Siyasi Birliyi” sammitində bağlı qapılar arxasında söyləyib və təklifi “çox kəskin” ifadələrlə tənqid edib.

Lakin bəzi siyasətçilər layihənin yalnız adına irad tutaraq onun reallaşdırılması ideyasını dəstəkləyiblər. Məsələn, Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyusun fikrincə, “divar” sözü yanlış başa düşülə bilər. Komissar İkinci Dünya müharibəsi dövründə Almaniyanın minimum itkilərlə dəf etdiyi Fransa müdafiə qurğularını nəzərdə tutaraq ümidvar olduğunu bildirib ki, layihə “yeni Majino xəttinə” çevrilməyəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv