Sabiq nazirin qızı Qazaxıstandan kosmosa uçan ilk turist olacaq

Sabiq nazirin qızı Qazaxıstandan kosmosa uçan ilk turist olacaq






presstv

"Presstv"az #Audi, #Dollar, #Kosmos, #Qazax, #Qazaxıstan, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanın sabiq naziri Güljana Karaqusovanın qızı Danna Karaqusova kosmosa turist kimi uçacaq ilk qazaxıstanlı olacaq.

presstvaz-ın xəbərinə görə, bu barədə Nur.kz məlumat yayıb.

Məlumata görə, “Blue Origin” şirkəti növbəti missiya çərçivəsində kosmosa yola düşəcək yeni heyətin tərkibini açıqlayıb. Şirkətin saytında bildirildiyinə görə, ekipaja altı nəfər daxil edilib ki, onların sırasında Danna Karaqusova da var .

Qeyd edilib ki, Danna media, distribütorluq və tədbirlərin təşkili sahəsində 25 ildən artıq təcrübəyə malikdir, multimodal ekosistem olan “Portals”ın həmtəsisçisidir. Həmçinin əlavə edilib ki, qazaxıstanlı qadın Kilimancaro və Elbrusu fəth edib, indi isə kosmosu görmək qərarına gəlib.

Tanınmış bloqer və sahibkar Beybit Alibekov Dannaya uğurlar arzulayıb.

“Uşaqlarımın anası oktyabrın 8-də kosmosa uçacaq. Danna “Blue Origin”in Qazaxıstandan ilk kosmos turisti olacaq. Ona uğurlar arzulayaq”, – deyə o, “Telegram” kanalında yazıb.

Dannadan başqa, komandanın tərkibində françayzinq şirkətinin rəhbəri Ceff Elcin, elektrik mühəndisi Klint Kelli III, sahibkar və tədqiqatçı Aaron Nyuman, ukraynalı iş adamı və investor Vitali Ostrovski də var. Bundan əlavə, ekipajın altıncı üzvü də var ki, o, uçuşun sonuna qədər anonim qalmağı istəyib. Məlumdur ki, o, ikinci dəfə kosmosa uçacaq.

Qeyd etmək lazımdır ki, bu missiya “New Shepard” proqramı çərçivəsində 15-ci uçuşdur. Bu günə qədər “Blue Origin” beş daimi müştəri də daxil olmaqla, 75 nəfəri beynəlxalq səviyyədə kosmos sərhədi kimi tanınan Karman xətti üzərinə qaldırıb. Uçuş tarixi tezliklə elan ediləcək.

Həmçinin kosmosa biletin qiymətinin 250 min dollar təşkil etdiyi də bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv