“Telegram” Qazaxıstanda süni intellekt laboratoriyası yaradır

“Telegram” Qazaxıstanda süni intellekt laboratoriyası yaradır






presstv

"Presstv"az #Astana, #Audi, #Pavel Durov, #Qazax, #Qazaxıstan, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Telegram” Qazaxıstanda superkompüterdə süni intellekt (AI) və blokçeynlə bağlı layihəni işə salacaq.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə “Telegram”ın həmtəsisçisi Pavel Durov Astanada “Digital Bridge” forumunun plenar sessiyasında çıxışı zamanı məlumat verib.

“Mən çox qürur duyuram ki, bu gün məhz bu binada, “Alem.AI”da (plenar sessiyanın keçirildiyi Astanada süni intellekt mərkəzinin binası – red.) süni intellekt laboratoriyasının açılışını elan edə bilirəm. İlk layihə “Telegram” və Qazaxıstandakı superkompüter klasteri arasında kolloborasiya layihəsi olacaq. Layihə burada, Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi tərəfindən işə salınacaq”, – deyə o bildirib.

Durov qeyd edib ki, son bir neçə ay ərzində “Telegram” yeni texnologiya – blokçeyn və süni intellektin kəsişməsi üzərində işləyib.

“Bu texnologiya bir milyarddan çox insana qeyri-mərkəzləşdirilmiş kompüter sistemində yaradılacaq süni intellekt funksiyalarından özəl, şəffaf şəkildə istifadə etməyə imkan verəcək. “Telegram”ın bir milyarddan çox istifadəçisi var və mesencerin daxilindəki mini tətbiqlər bu texnologiyanın ilk istifadəçiləri olacaq”, – deyə o əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv