Bakıda sərxoş vəziyyətdə “Formula-1” yoluna çıxan şəxs həbs edildi

Bakıda sərxoş vəziyyətdə “Formula-1” yoluna çıxan şəxs həbs edildi






presstv

"Presstv"az #Audi, #Bakı, #Formula-1, #Hadisə, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda spirtli içki qəbul edib “Formula-1” yarışının keçirildiyi yola çıxan şəxs həbs edilib.

presstvaz-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu ərazisində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Cəlal Quliyev (adı və soyadı şərtidir) metronun “Sahil” stansiyası yaxınlığındakı yolda hərəkətin məhdudlaşdırıldığını görüb. O, ərazidə xidmət aparan Daxili Qoşunların (DQ) əməkdaşlarına yaxınlaşaraq, həmin yolla hərəkət etmək istədiyini bildirib, yolda hərəkətin məhdudlaşdırılmasına etiraz edib. DQ əməkdaşları onunla söhbət apararaq yolun “Formula-1” Qran-prisi ilə bağlı bağlanıldığını desələr də, sərxoş şəxs onlara məhəl qoymayıb. O, ərazidə xidmət aparan şəxslərə müqavimət göstərib.

Polis əməkdaşları tərəfindən C.Quliyev saxlanılıb və barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə C.Quliyev 30 sutka inzibati qaydada həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv