Sakinlərdən ŞİKAYƏT: “Xətai rayonunda səkini parkinqə çevirirlər”

Sakinlərdən ŞİKAYƏT: “Xətai rayonunda səkini parkinqə çevirirlər”






presstv

"Presstv"az #Audi, #Bakı, #Hakim, #Sosial şəbəkələr, #Xətai Rayon İcra Hakimiyyəti, #Xətai rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində səkinin dağıdılmasından sakinlər şikayətçi olublar.

presstvaz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Qeyd olunub ki, N.Rəfiyev, 29 ünvanında yeni tikilmiş binanın həyətində açılan obyekt sahibi səkini qanunsuz olaraq parkinqə çevirmək istəyir.

“Maşınlar insanların hərəkətinə mane olur, xüsusilə böyüklərə və uşaq arabası ilə gedənlərə çətinlik yaradır. Biz icra hakimiyyətinə şikayət yazmışıq, “102” və “902”yə zəng etmişik, amma heç bir nəticə yoxdur. Onlar səki yerinə yol salmaq istəyirlər”, – deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq məsələ həllini tapıb.

“Ötən gün sözügedən ünvanda belə bir cəhd olub. Daxil olan məlumat əsasında icra hakimiyyəti tərəfindən məsələyə müdaxilə olunub və bu cəhdin qarşısı alınıb. Ərazi əvvəlki formasına qaytarılıb”, – deyə məlumatda vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv