İran casusluğa görə cəzanı sərtləşdirən qanunu qəbul etdi

İran casusluğa görə cəzanı sərtləşdirən qanunu qəbul etdi






presstv

"Presstv"az #Audi, #İran, #İsrail, #Münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İran Konstitusiyasının İcrasına Nəzarət Şurası (Şura-ye Negəhban) parlamentin casusluğa və düşmən ölkələrlə əməkdaşlığa görə cəzanın artırılması haqqında qərarını təsdiqləyib, daha əvvəl ictimaiyyətin böyük narahatlığına səbəb olmuş qanun rəsmən qüvvəyə minib.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə Nəzarət Şurasının sözçüsü Hadi Təhan Nazif özünün “X” sosial şəbəkəsində xəbər verib.

O bildirib ki, qanun layihəsinə parlament tərəfindən edilən düzəlişlərdən sonra sənəd şəriət standartlarına və konstitusiya prinsiplərinə uyğun hesab edilərək təsdiqlənib.

Qanun layihəsi İsrail və İran arasında gərginliyin artdığı, hərbi toqquşmaların baş verdiyi bir vaxtda – münaqişənin başlanmasından cəmi dörd gün sonra qəbul edilib. İyunun 29-da ictimaiyyətə təqdim edilən bu sənəd ümumilikdə doqquz maddədən ibarətdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv