Makqreqor Ağ Evdə UFC turnirində iştirak edəcək

Makqreqor Ağ Evdə UFC turnirində iştirak edəcək






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Donald Tramp, #Konor Makqreqor

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütləq Döyüş Çempionatının (UFC) iki çəki dərəcəsində sabiq çempionu Konor Makqreqor UFC-nin himayəsi ilə Ağ Evdə keçiriləcək turnirdə iştirak üçün müqavilə imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə idmançı “Fox News Channel” telekanalının aparıcısı Şon Hennitiyə müsahibəsində bəyan edib.

UFC-nin başçısı Deyn Uayt bildirib ki, Ağ Evdə UFC döyüşü 2026-cı il iyulun 4-də keçiriləcək.

“Sövdələşmə əldə edilib, imzalanıb və çatdırılıb, Makqreqor Ağ Evdə Birləşmiş Ştatların 250 illik yubileyi münasibətilə turnirdə döyüşəcək”, – deyə irlandiyalı idmançı bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İstiqlal Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi münasibətilə bayram tədbirləri çərçivəsində 2026-cı ildə Ağ Ev ərazisində UFC turniri döyüşünün keçiriləcəyinin anonsunu verib. Onun sözlərinə görə, söhbət çempion adı uğrunda “tamdəyərli döyüşün” keçirilməsindən gedir. Döyüşü təqribən 20-25 min tamaşaçının izləyəcəyi gözlənilir.

Makqreqorun 37 yaşı var. O, qarışıq döyüş növləri üzrə turnirlərdə 22 qələbə qazanıb və 6 dəfə məğlub olub. Makqreqor 2021-ci ildən UFC turnirlərinə qatılmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv