Kompüterlərin sonu yaxınlaşır, yerini görün nə tutacaq

Kompüterlərin sonu yaxınlaşır, yerini görün nə tutacaq






presstv

"Presstv"az #Microsoft, #Süni intellekt, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Texnologiya dünyasının ən böyük vizyonerlərindən biri olan Bill Qeyts fərdi kompüterlərin dövrünün sona yaxınlaşdığını bildirib. Onun sözlərinə görə, onilliklərdir həyatımızın mərkəzində olan kompüterlər yaxın gələcəkdə çox daha ağıllı və şəxsi texnologiyalarla əvəz olunacaq.

presstvaz xəbər verir ki, "Microsoft"un qurucusu hesab edir ki, süni intellekt (AI) texnologiyası növbəti böyük inqilabdır. Qeytsin sözlərinə görə, hər evdə şəxsi "ağıllı agent" olacaq və bu cihazlar həm iş, həm də gündəlik həyatda köməkçi rolunu oynayacaq.

Bill Qeyts vurğulayıb ki, artıq obyektləri tanıyan və öz səhvlərindən öyrənən təmizləyici robotlar bu transformasiyanın ilk addımıdır. O, gələcəkdə bu sistemlərin daha da inkişaf edəcəyini proqnozlaşdırır.

Qeytsin vizyonu Elon Maskın rəhbərlik etdiyi Teslanın "Optimus Gen" adlandırdığı insanabənzər robotlarla üst-üstə düşür. Mask yaxın zamanda bu robotların fabriklərdən çıxaraq evlərdə şəxsi köməkçi kimi fəaliyyət göstərəcəyini açıqlayıb.

Mütəxəssislərin fikrincə, artıq sual süni intellektin evlərimizə daxil olub-olmaması deyil, bunun nə vaxt və hansı formada baş verəcəyidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv