Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb

Bakı-Tbilisi-Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb






presstv

"Presstv"az #Almatı, #Audi, #Azərbaycan, #Bakı, #Bakı-Tbilisi-Qars, #Gürcüstan, #İstanbul, #Nəqliyyat, #Qazax, #Qazaxıstan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanın Almatı şəhərində keçirilən Nəqliyyat Həftəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın “Bakı-Tbilisi-Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalayıblar.

presstvaz xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, bu sənədlə tərəflər BTQ marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabət qabiliyyətinin artırılmasını, optimallaşdırılmış çatdırılma müddətləri ilə bu marşruta əlavə yük axınlarının cəlb edilməsini, yükdaşımalar üçün dayanıqlı şəraiti və şəffaf qiymətlərin formalaşmasını təmin edən rəqabətədavamlı tariflərin tətbiqini razılaşdırıblar.

BTQ xətti boyunca sabit və proqnozlaşdırılabilən əməliyyat rejiminin yaradılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılması hədəf götürülüb, çatdırılma müddətlərinə riayət edilməsinin BTQ marşrutunun yükgöndərənlər üçün cəlbediciliyinin əsas elementi olduğu vurğulanıb.

Razılaşmaya əsasən, Ələt-Böyük Kəsik və Qardabani-Axalkalaki sahələrində çatdırılma müddəti (gömrük və sərhəd prosedurları istisna olmaqla) 24 saatdan çox olmamaqla, Yalama-Böyük Kəsik sahəsində 48 saatdan çox olmamaqla müəyyən edilib. Bu müddət Türkiyədə Qars-Mersin sahəsində 60 saatdan, Qars-İstanbul sahəsində isə 70 saatdan çox olmamaqla müəyyənləşdirilib. Bununla da Ələtdən Mersinə yüklərin dörd gün yarıma çatdırılması mümkün olacaq.

Standart çatdırılma müddətlərindən kənaraçıxma halında tərəflər bir-birlərini məlumatlandıracaq və qrafiki bərpa etmək üçün tədbirlər görəcəklər.

Həmçinin BTQ marşrutu üzrə daşıma tarifləri də qarşılıqlı razılaşmalar əsasında müəyyən edilib.

Sənədə əsasən, yüklərin izlənməsi və sənədlərin idarəedilməsi üçün birgə rəqəmsal platformanın və ya interfeysin tətbiqi imkanları prioritet hesab olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv