Xankəndidə fəhlələr ev təmizləməyə getdi, mənzildən qızıl sancaq oğurladılar

Xankəndidə fəhlələr ev təmizləməyə getdi, mənzildən qızıl sancaq oğurladılar






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Hadisə, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xankəndi şəhərində ev təmizləyən fəhlələr mənzildən qızıl oğurlayıblar.

presstvaz-ın məlumatına görə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgər Azayev (ad və soyad şərtidir) və Yevlax rayon sakini, 1988-ci il təvəllüdlü Nurlan Qaçayev (ad və soyad şərtidir) Xankəndi şəhərinə işləməyə gedir. Onlar bir müddət tikinti şirkətində işləyirlər.

Bir müddət şirkətin sahə rəisi fəhlələri Xankəndi şəhərində icarəyə götürülən evlərdən birində təmiz işləri görmək üçün aparır. Həmin evdə təmizlik işləri aparılrakən fəhlələrə parça lazım olur və iş icraçısı Əsgərlə Nurlanı qonşuluqdakı boş evlərdən parça gətirməyə göndərir. Hər iki fəhlə parça axtararkən həmin ərazidə qapısı bağlı olan ev görür və pəncərədən keçərək mənzilə daxil olurlar. Əsgər və Nurlan evdən iki ədəd qızıl sancaq, iki gitara və fen oğurlayıb hadisə yerindən qaçırlar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər iki şəxs müəyyən edilərək saxlanılır və onların barəsində cinayət işi başlanır.

Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə onlara 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və elektron qolbaq tətbiq edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv