Sumqayıtda qəzalı vəziyyətdə olan 13 bina sökülür, 1 300 ailəyə yeni evlər veriləcək

Sumqayıtda qəzalı vəziyyətdə olan 13 bina sökülür, 1 300 ailəyə yeni evlər veriləcək






presstv

"Presstv"az #Ailə, #Audi, #Hakim, #Sərəncam, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt şəhərində uzun illər istismar olunan və qəzalı vəziyyətə düşmüş 13 yataqxana binasının söküntüsünə start verilib.

presstvaz Xəzər TV-yə istinadla xəbər verir ki, 1950-ci illərdə inşa edilmiş bu binaların sökülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi rəy əsas olub. Nazirliyin müvafiq rəyi həmin binaların yaşayış üçün təhlükəli olduğunu təsdiqləyib.

İcra hakimiyyətinin sərəncamına əsasən aparılan söküntü işləri ümumilikdə 7 hektardan artıq sahəni əhatə edir və hazırda ərazidə işlər davam etdirilir.

Əsas diqqət isə burada yaşayan ailələrin taleyinə yönəlib. Ümumilikdə 1 300-ə yaxın ailə köçürülmə prosesi barədə məlumatlandırılıb.

İş icraçısı Vaqif Əmirovun sözlərinə görə, bütün zəruri sənədləşmə işləri yekunlaşdırılıb. Sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcəklər. Tikinti başa çatdıqdan sonra isə ailələr mərhələli şəkildə yeni, təmirli mənzillərlə təmin olunacaqlar və ya hər ailəyə razılıq əsasında kompensasiya veriləcək.

Yataqxana sakinləri illərdir davam edən mənzil problemlərinin yeni binaların inşasından sonra həll olunacağına ümid edirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv