İdman zalında infarkt riski: Necə qorunmaq olar? – Kamil Zeynallı açıqladı

İdman zalında infarkt riski: Necə qorunmaq olar? – Kamil Zeynallı açıqladı






presstv

"Presstv"az #Bakı, #İdman, #Sağlamlıq, #Stres, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kamil Zeynallı: "İdman infarkt yaratmır, infarkt əsəbdən stressdən olur".

Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarktdan vəfat edib. Əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər kömək etməyə çalışsalar da, C.İmanovun ürək fəaliyyətini bərpa etmək mümkün olmayıb.

Bəs hansı hallarda idmanla məşğul olmaq olmaz? İdman nə zaman öldürür?

Musavat.com mövzu ilə bağlı tanınmış idmançı Kamil Zeynallının fikirlərini öyrənib.

Zeynallı bildirib ki, insanlar idmanla məşğul olmamışdan öncə sağlamlıqlarından əmin olmalı, xəstəlikləri varsa, məşqçiyə bildirməlidirlər:

"Cabir İmanovun ölümü üzücü xəbər oldu. Xəbərlərdə də yazılmışdı ki, infarktdan vəfat edib. İdman infarkt yaratmır, infarkt əsəbdən stressdən olur. İdman fiziki güc yaradır, rahatlıq yaradır, bədəni tərbiyələndirir. Gün ərzində idman zalında da, yolda da, maşın sürərkən də infarkt keçirə bilərsən. Elə xəstəliklər var ki, o zaman idmanla məşğul olmaq olmaz. İnsanlar zala gəlir, məşqçiyə xəstəlikləri barədə məlumat vermir, ya öz bildikləri kimi idman edirlər. Nəticədə insanın səhhətində problemlər yaranır. İnfarktın zala, başqa məkanlara aidliyi yoxdur. Ürəkdə problem olduqda infarkt keçirirlər.

Mən tövsiyə edirəm ki, insanlar idmanla məşğul olmamışdan öncə sağlamlıqlarından əmin olsunlar, xəstəlikləri varsa, məşqçiyə bildirsinlər ki, onlara uyğun məşqlər seçilsin.İdman sağlamlıqdır. Qorunmağın yeganə yolu isə xəstəliklər, narahatlıqlar  haqqında öncədən məşqçiyə məlumat verməkdir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv