Altı ay unudulmuş lotereya bileti sahibini milyonçu etdi

Altı ay unudulmuş lotereya bileti sahibini milyonçu etdi






presstv

"Presstv"az #Almaniya, #Audi, #Lotereya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın sonu – isti gödəkçələri dolabdan çıxarmaq vaxtıdır. Bu geyimin cibində unudulmuş pul və ya başqa kiçik sürpriz tapmaq isə hər kəsə tanış mənzərədir. Ancaq Almaniyanın Visbaden şəhərində yaşayan bir kişi üçün belə bir yoxlama ona əsl sərvət qazandırıb.

presstvaz-ın “Spiegel”ə istinadən verdiyi məlumata görə, Visbaden sakini əvvəllər aldığı və unutduğu lotereya biletini tapıb.

Aylar sonra televiziyada 15,3 milyon avro məbləğində mükafatın qalibinin axtarıldığını eşidən kişi aldığı lotereyanı xatırlayıb və gödəkçəsinin ciblərini yoxlayıb, burada isə sürprizlə rastlaşıb.

“Telefonumda rəqəmləri müqayisə edib uduşu gördüyüm zaman tamamilə şoka düşdüm”, – deyə kişi baş verənləri danışıb.

Bildirilir ki, 29 mart tarixində keçirilən tirajdan o, altı düzgün nömrəni və əlavə supernömrəni təxmin edərək cekpotu udub.

Bu müddət ərzində lotereyanı keçirən şirkət qalibin diqqətini cəlb etmək ümidi ilə bütün satış məntəqələrinə plakatlar yapışdırıbmış. Kişi etiraf edib ki, dəfələrlə bu plakatları görüb və “Bu mükafatı götürməyən necə bir axmaq ola bilər”, – deyə düşünüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv