Müharibə hazırlığı başladı: Almaniya Rusiyaya qarşı hansı addımlar atır?

Müharibə hazırlığı başladı: Almaniya Rusiyaya qarşı hansı addımlar atır?






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avropa, #Bavariya, #Dollar, #Müharibə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #təyyarə, #Ukrayna, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hərbi xronika” rubrikasında bu dəfə “Patriot” raketlərinin Almaniyada istehsalına başlanması barədə məlumat verilib.

“Reuters” agentliyinin xəbərinə görə, Avropanın tanınmış raket istehsalçısı MBDA Bavariyada açdığı yeni müəssisədə ilk dəfə Almaniyada “Patriot” raketləri və buraxılış qurğularının istehsalına start verəcək. Zavod 2024-cü ildə “Raytheon” və MBDA arasında bağlanmış təxminən 6 milyard dollarlıq müqavilənin icrası üçün yaradılıb və Avropanın “Patriot” istehsal gücünü əhəmiyyətli dərəcədə artıracaq.

MBDA-nın Almaniya bölməsinin rəhbəri Tomas Qotşild bildirib ki, indiyədək texniki qulluq və təmir sahəsində toplanmış təcrübə istehsal üçün kifayətdir. “MIM-104 Patriot” sistemi “PAC-2” və “PAC-3” raketləri vasitəsilə qısa və ortamənzilli ballistik hədəflərə, həmçinin döyüş təyyarələrinə qarşı müdafiəni təmin edir.

Qeyd olunub ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı yaranmış tələbat və uzunmüddətli çatışmazlıqlar nəzərə alınaraq Bavariyadakı müəssisə Avropa üçün strateji əhəmiyyət daşıyır. Berlinin 2026-cı il üçün müəyyən etdiyi 83 milyard avroluq hərbi xərclər paketinin bir hissəsi ABŞ şirkətlərindən silah alışına, digər hissəsi isə avropalı istehsalçıların məhsullarına yönəldiləcək.

Həmçinin Almaniya real müharibə şəraitində səhiyyə sisteminin hazırlıqlarına diqqət ayırır. Planlara görə, ümumilikdə 440 000 çarpayılıq xəstəxana tutumuna 15 min əlavə çarpayı əlavə ediləcək və gündə ən az 1000 yaralı qəbul etmək imkanı yaradılacaq. Bu yanaşmanın əsasını Rusiya-Ukrayna müharibəsində əldə edilmiş təcrübə təşkil edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv