Prezidentin nümayəndəsi: “Xəzərdə suyun azalması gələcəkdə turizmə böyük ziyan vuracaq”

Prezidentin nümayəndəsi: “Xəzərdə suyun azalması gələcəkdə turizmə böyük ziyan vuracaq”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Muxtar Babayev, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Xəzərdə suyun səviyyəsinin azalması ilə bağlı illərdir çağırışlar etsə də, indi bu fəsadları aydın görürük”.

presstvaz xəbər verir ki, bunu “Report”a açıqlamasında Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

Onun sözlərinə görə, Xəzərdə suyun azalması gələcəkdə kənd təsərrüfatına, şəhərlərin infrastrukturuna, limanlara, eləcə də turizmə böyük ziyan vuracaq:

“Azərbaycan Xəzər dənizindəki problemi ilk dəfə qabartmır. Xəzərdə suyun azalması Xəzəryanı ölkələr üçün problemlər gətirəcək və bunu illərdir deyirik. Bu gün artıq həmin fəsadları görürük. Misal olaraq, Dənizkənarı Bulvar ərazisində Xəzər gözlə görünəcək qədər dayazlaşıb. Bunun nəticəsində insanlar zamanla dayazlaşmış yerlərdən köçəcəklər. Çünki biomüxtəlifliyə ziyan vurulur, canlılar tələf olur. Bu, böyük və ciddi fəsadlardır. Bütün bunlar hələ gördüklərimizdir. Təsəvvür edin, hələ nə qədər görülməyən problemlər var”.

M.Babayev Xəzərdə suyun azalmasının əsas səbəblərindən də danışıb:

“Əsas səbəb çaylarda suyun azalmasıdır. Volqa çayında son illərdə kəskin azalma baş verib. Volqadan əlavə, Ural, Terek, Samur, Kür çayında suyun səviyyəsi azalıb. Suyun istifadəsində digər ölkələrlə razılıqların olmaması Xəzərdə suyun kəskin azalmasına səbəb olub. Bundan başqa, böyük su anbarlarının tikintisi, eləcə də kənd təsərrüfatında sudan istifadə əsas səbəblərdəndir”.

Prezidentin nümayəndəsi, eyni zamanda, iqlim dəyişikliyinə də toxunaraq sözügedən problemi başlıca səbəb kimi qiymətləndirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv