Nazir: “Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard dollar sərmayə yatırılıb”

Nazir: “Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard dollar sərmayə yatırılıb”






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Dollar, #Mikayıl Cabbarov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dolları sərmayə yatırılıb”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “PAŞA Holding”in təşkilatçılığı ilə keçirilən “INMerge” İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkənin neft və qaz asılılığını azaltmaq məqsədilə son 20 ildə Azərbaycan iqtisadiyyatına 344 milyard ABŞ dollarına yaxın sərmayə yönəldilib və bunun 210 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunun payına düşüb.

Onun sözlərinə görə, 2021-2024-cü illərdə qeyri-neft iqtisadiyyatı illik orta hesabla 6.7% böyüyüb və ümumi iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib:

“Son 6 ildə qeyri-neft və qaz ixracı 2 dəfə artıb, valyuta ehtiyatlarımız isə tarixi maksimuma çataraq ölkənin ÜDM-i ilə eyni həcmdədir. Azərbaycan artıq kapital idxalçısı deyil, həm də kapital ixracatçısı kimi çıxış edir”.

M.Cabbarov, həmçinin, regionda sülhün möhkəmlənməsinin iqtisadi əhəmiyyətini vurğulayıb:

“Avqustun 8-də imzalanmış tarixi sənəd Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi və sosial kapitallaşmasına mühüm töhfə verəcək. Bu proses təkcə region üçün deyil, daha geniş miqyasda iqtisadi faydalar gətirəcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv