BMT-də Azərbaycanın bəyanatı səsləndirilib: “İnsan hüquqları mexanizmləri ikili standartlardan azad edilməlidir”

BMT-də Azərbaycanın bəyanatı səsləndirilib: “İnsan hüquqları mexanizmləri ikili standartlardan azad edilməlidir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #DNT

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan BMT-nin insan hüquqları orqanları və mexanizmləri ilə konstruktiv dialoq və əməkdaşlığa sadiq qaldığını bir daha təsdiq edib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu, Azərbaycanın BMT İnsan Hüquqları Şurasında 5-ci gündəm maddəsinin müzakirəsi zamanı səsləndirilən bəyanatında öz əksini tapıb.

“Biz xüsusi prosedurların mandatını daşıyan şəxslərin işinə böyük əhəmiyyət veririk. Onların fəaliyyəti ciddi şəkildə mandatları çərçivəsində, beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, müvafiq qətnamələrə və Davranış Kodeksinə tam hörmətlə həyata keçirilməlidir. Üzv dövlətlərlə konstruktiv əməkdaşlıq vacibdir və dövlətlər tərəfindən təqdim edilən məlumatlar əməkdaşlıq ruhu ilə lazımi şəkildə nəzərə alınmalıdır”, – bəyanatda qeyd olunub.

Diqqətə çatdırılıb ki, Azərbaycan insan hüquqları mexanizmləri ilə həqiqi dialoqun daha yaxşı anlaşmanı təşviq edə və sistemin effektivliyini gücləndirə biləcəyinə inanır:

“Biz insan hüquqlarının təşviqi və müdafiəsi üçün daha geniş səylərimizin bir hissəsi kimi BMT-nin insan hüquqları mexanizmləri ilə fəal şəkildə əməkdaşlığa davam edəcəyik”.

“Birləşmiş Millətlər Təşkilatının səkkiz dekadasını nəzərdən keçirərkən insan hüquqları mexanizmlərinin effektiv, şəffaf və siyasiləşmə ilə ikili standartlardan azad olmasını təmin etmək üçün səylərimizi artırmalıyıq, bununla da dünyada insan hüquqlarının təşviqi və müdafiəsinə kollektiv öhdəliyimizi irəli aparmalıyıq”, – deyə bəyanatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv