İsrailin "Avroviziya"da iştirakını bu yolla müəyyən edəcəklər

İsrailin "Avroviziya"da iştirakını bu yolla müəyyən edəcəklər






presstv

"Presstv"az #Avropa, #Avroviziya, #Avstriya, #İspaniya, #İsrail, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Yayım Birliyi İsrailin gələn il "Avroviziya" mahnı müsabiqəsində iştirakını müəyyən etmək üçün növbədənkənar onlayn səsvermə elan edib.

presstvaz xəbər verir ki, səsvermə qərarı bir neçə milli yayımçının boykot təhdidləri fonunda qəbul edilib. Belə ki, İspaniya, Niderland, İrlandiya, İslandiya və Sloveniyadakı yayım şirkətləri İsrailin iştirakçılar arasında qalacağı təqdirdə müsabiqədən çıxacaqlarını bəyan ediblər.

AYB prezidenti Delfina Ernott Cuncinin üzvlərə ünvanladığı məktubda bildirilib ki, İsrailin milli yayımçısı KAN-ın müsabiqəyə qəbulu ilə bağlı fikir müxtəlifliyi var və problemin həlli üçün daha uyğun demokratik qərar lazımdır.

Səsvermə noyabrın əvvəlində AYB Baş Assambleyasının növbədənkənar iclasında keçiriləcək.

Qeyd edək ki, İsrail 1973-cü ildə "Avroviziya"da debüt edib və dörd dəfə müsabiqənin qalibi olub.

70-cisi keçiriləcək müsabiqənin Vyanada baş tutması planlaşdırılır. Avstriyanın paytaxtı artıq üçüncü dəfədir ki, ona ev sahibliyi edəcək. Tədbir 12-16 may 2026-cı il tarixlərində keçiriləcək. (Axşam.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv