Dünyanın ən hündür körpüsü istifadəyə verilir

Dünyanın ən hündür körpüsü istifadəyə verilir






presstv

"Presstv"az #Çin, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çinin Quycou əyalətində yerləşən Beypan çayı üzərində inşa edilən yeni körpü sentyabrın 28-də istifadəyə veriləcək. Körpü Huacin Böyük kanyonunun üzərində, dəniz səviyyəsindən 625 metr yüksəklikdə yerləşir ki, bu da Eyfel qülləsindən təxminən iki dəfə hündürdür.

presstvaz xəbər verir ki, körpünün ümumi uzunluğu 2 min 890 metr, asma hissəsinin uzunluğu isə 1420 metr təşkil edir. Bu, onu dağlıq ərazidə tikilmiş ən uzun asma körpülərdən birinə çevirir. O, Liupənşuy şəhəri ilə Çiensinan bölgəsini birləşdirəcək.

Tikintisinə 2022-ci ildə başlanılan bu nəhəng layihə artıq başa çatıb və uğurla texniki sınaqlardan keçib.

Qeyd edək ki, hal-hazırda istifadədə olan ən hündür körpü də elə bu bölgədə Beypan çayının üzərində yerləşən və Ginnes Rekordlar Kitabına düşən "Beypancian" körpüsüdür. Onun hündürlüyü 565,4 metrdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv