Zakir İbrahimov Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşdü

Zakir İbrahimov Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşdü






presstv

"Presstv"az #Azərbaycan, #Qırğızıstan, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Qırğız Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov ilə görüş keçirib.

presstvaz xəbər verir ki, görüş zamanı Z.İbrahimov ortaq türk dünyasının mədəni irsinin daşıyıcıları olan Azərbaycan və Qırğız xalqları arasında əlaqələrin dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını diqqətə çatdırıb. O, həmçinin son illərdə dövlətlərarası münasibətlərin davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.

İdarə Heyətinin sədri “AzerGold” QSC-nin çoxşaxəli fəaliyyət istiqamətləri, son illərdə əldə etdiyi nailiyyətlər və qarşıdakı dövr üçün müəyyən olunmuş strateji hədəflər barədə ətraflı məlumat verib. Bildirilib ki, Cəmiyyət ətraf mühitin mühafizəsi prinsipləri əsasında hasil etdiyi qiymətli metalların dünya bazarlarına ixracını uğurla həyata keçirir. QSC qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus müəssisələr arasında ön sıralarda qərarlaşıb. Orta Asiya ölkələrində dağ-mədən layihələrinin icrasının şirkətin strateji planlarına daxil olduğunu deyən sədr potensial tərəfdaşlıq imkanları ilə bağlı danışıqların aparıldığını qeyd edib.

Səfir Maksat Mamıtkanov öz növbəsində, dövlət şirkətini əldə etdiyi nailiyyətlər münasibəti ilə təbrik edib. Diplomat ölkəsinin əlvan metal yataqlarının öyrənilməsi və idarə olunması sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. O, Qırğızıstanın böyük dəmir filizi və digər əlvan metal ehtiyatlarına sahib olduğunu diqqətə çatdıraraq, bu sahədə “AzerGold” QSC ilə birgə fəaliyyətin hər iki ölkə üçün qarşılıqlı faydalı olacağını qeyd edib.

Tərəflər gələcək əməkdaşlığın iqtisadi əlaqələrinin möhkəmlənməsinə, xüsusən də təbii ehtiyatların hasilatı və emalı sahəsində yeni bir mərhələnin başlanmasına töhfə verəcəyini vurğulayıblar. Görüş qarşılıqlı investisiya imkanlarının araşdırılması və gələcək strateji tərəfdaşlığın inkişafı barədə müzakirələrlə yekunlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv