Madaqaskarın paytaxtında komendant saatı tətbiq edildi

Madaqaskarın paytaxtında komendant saatı tətbiq edildi






presstv

"Presstv"az #Audi, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Madaqaskarın hakimiyyət orqanları paytaxt Antananarivuda gecə komendant saatı tətbiq edib. Bu qərar yerli sakinlərin nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrildikdən sonra qəbul edilib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” nəşri milli təhlükəsizlik qüvvələrinin bəyanatına istinadən məlumat verib.

Təhlükəsizlik qüvvələri fövqəladə tədbiri “əhalini və onun əmlakını” qorumaq zərurəti ilə izah edib. Komendant saatı “ictimai asayiş bərpa olunana qədər” qüvvədə qalacaq.

Qeyd edək ki, bir gün əvvəl, sentyabrın 25-də minlərlə insan polisin mitinqlərə qadağasına baxmayaraq, Antananarivu küçələrinə çıxıb və elektrik enerjisinin tez-tez kəsilməsinə, həmçinin su qıtlığına etiraz edib.

Şahidlərin sözlərinə görə, əhalinin dinc yürüşü tez bir zamanda küçə iğtişaşlarına çevrilib və bu zaman əsasən gənclərdən ibarət etirazçılar ticarət mərkəzini, eləcə də deputatın evini qarət ediblər və yandırıblar. Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Gənclər təhlükəsizlik qüvvələrinin təsirindən qorunmaq üçün bəzi yollarda yanan təkər və daşlarla barrikadalar qurublar. Onlar, həmçinin şəhərin yeni kanat yolunun bir neçə stansiyasını da yandırıblar.

Paytaxtla yanaşı, iğtişaşlar ada dövlətinin bir sıra digər əyalətlərini də bürüyüb. Etirazçıların milli su və elektrik şirkətlərinin ofislərinə müdaxilə halları da qeydə alınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv